Türkiyəli  məşhur  aktrisa Burcu  Özberk haqqında yayılan estetik iddialarına cavab verib. 

Unikal.org xəbər  verir ki, bir müddət  əvvəl sosial şəbəkə istifadəçiləri aktrisanın keçmiş və indiki fotolarını yayımlayaraq onun estetikli olduğunu bildiriblər. Həmin vaxt Burcu öz səssizliyini  qoruyub saxlamışdı.

Lakin bu dəfə  aktrisa yenidən yayılan iddialara səssiz qalmayıb. Belə ki, o, "Instagram"dan fotolarını  yayımlayaraq, “Bu yaşa qədər heç bir əməliyyat keçirməmişəm və estetikəm yoxdur” sözləri ilə iddialara son qoyub.