Rusiyada son sutka ərzində daha 16 715 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 5 350 919 nəfərə çatıb.

Son sutka ərzində 546 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 130 347 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.