AVRO-2020-nin yarımfinal və final oyunlarına 65 min tamaşaçı buraxılacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti Londondakı “Uembli” stadionuna bu sayda azarkeşin buraxılmasına icazə verib.

Bu, UEFA ilə öncədən əldə olunan razılığın tam əməl olunması məqsədilə atılıb. Oyunu izləmək istəyənlər ya vaksinasiya barədə sənəd, ya da son 72 saat ərzində verilən mənfi nəticəli testi göstərməlidir.

Böyük britaniyalılar 65 min azarkeşin buraxılmasına o şərtlə razılaşıb ki, ölkə xaricindən tamaşaçılar gəlməsin. UEFA-nın tələbi ilə 2500 yaxın rəsmi şəxslə bağlı rəqəm də azaldılacaq. Əks halda həmin şəxslər Böyük Britaniyada karantinə alınacaq.