İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında boksçumuz Ruslan Rüstəmov (64 kq)  1/4 finalda Almaniya təmsilçisi David Gevorgyanla qarşılaşıb.  

Unikal.org xəber verir ki, Ruslan Rüstəmov rəqibinə böyük üstünlüklə qalib gəlib. 
Qeyd edək ki, R.Rüstəmov 14 illik boks karyerası ərzində 3-cü dəfədir  ki, erməni idmançı üzərində qələbə qazanır. Boksçumuzun əmisi I Qarabağ döyüşlərində şəhid olub.