Mərhum gitara ifaçısı Nofel Süleymanovun azyaşlı oğlu "Həmin Zaur"  proqramının  qonağı olub. 

Unikal.org xəbər  verir ki, 13 yaşlı Rəvan Nofəloğlu proqramda çıxış edərək, atasının sənətini  davam etdirəcəyini  bildirib.

"2 qardaşım və  bir bacım var.  Böyük qardaşım idmanla məşğuldur.  Gitaraya həvəsim var buna görə də  atamın sənətini  davam etdirəcəm",- deyə Rəvan İfadə edib. 

Qeyd edək ki, Tanınmış gitara ifaçısı Nofəl Süleymanov ötən ilin sentyabrında  Ağcabədidə yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.