Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, qəza şəhərin Xətai rayonunda Gəncə prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Daewoo Centra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında olan avtomobilə çırpıb. Nəticədə “Daewoo Centra” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb və əraziyə cəlb olunan yol polisi əməkdaşlarının müdaxiləsindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Faktl bağlı araşdırma aparılır.