Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 80 m² olan ikimərtəbəli ərzaq mağazasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.