Türkiyəli müğənni Mustafa Sandal "Koltuk" adlı proqramda açıqlaması ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, sənətçi illər əvvəl münsif kürsüsündə əyləşdiyi "O səs Türkiyə" verilişi barədə danışıb:

"Proqram münsifin ön planda olduğu şoudur. Bu əvvəldən bilinmirdi, amma bir neçə mövsüm sonra belə olduğunu gördük. "O səs Türkiyə" ən vacib musiqi yarışmasıdır desək, proqramda qalib olanların karyerasına baxmaq lazımdır. Hazırda nə edirlər? Biri-birimizi aldatmayaq".

Qeyd edək ki, veriliş "TV8" telekanalının sahibi Acun Ilıcalının layihəsidir.