Rusiyada son sutka ərzində koronavirusa 17 611 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 316 826 nəfərə çatıb.

Rusiyada son bir gündə 450 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 129 361 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.