Rusiyanın Krasnoyarsk şəhərində dörd otaqlı mənzildə baş verən yanğını söndürərkən iki nəfərin cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat verir

Məlumata görə, Turistiçeskaya küçəsindəki yaşayış binasında yanğın olması barədə xəbər saat 15.37-də daxil olub.

Yanğının sahəsi artıb və hazırda 200 kvadratmetrdir.

Yanğın söndürmə işləri davam edir.