Ermənistanın Masis rayonunun Azataşen kəndində yerləşən seçki məntəqəsi yaxınlığında atışma baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilib ki, "Çiçəklənən Ermənistan" partiyası ilə "Verelk" partiyasının üzvləri arasında mübahisə yaranıb.
Mübahisə edən şəxslərdən biri qaz tapançası ilə havaya bir neçə dəfə atəş açıb.

Hadisə yerinə gələn polis qrupu tapançanı atəş açan şəxsdən alıb və faktla bağlı araşdırma aparılır.