İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu ərazisində aşkarlanıb.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində 1580 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.