"Arsenal"ın Pyer-Emerik Obameyanqı saxlamaq istəyi baş tutmayacaq.

Unikal.org "Daily Mirror"a istinadla xəbər verir ki, 32 yaşlı futbolçusunu iki nəhəng klub heyətində qatmağa çalışır. Bunlar PSJ ilə "Yuventus"dur. 2018-ci ildən "topçular"ın şərəfini qoruyan Qabon millisinin forvardı da iş yerini dəyişməkdə həvəslidir. Sadəcə, Obameyanqa maraq göstərənlər "Arsenal"ın tələb edəcəyi azı 60 milyon avronu ödəməlidir. 

Qeyd edək ki, Obameyanq 2020-21 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 39 oyunda 15 qol vurub.