Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.