Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.

“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı aşdırma aparılır.(apa.az)