İngiltərənin paytaxtı Londonun "Heathrow" hava limanında qəza qeydə  alınıb. 

Unikal.org xəbər verir ki,  "British Airways Dreamliner 787" təyyarəsi park edilərkən qəzaya uğrayıb. Təyyarənin burnu yerə çırpılaraq, yararsız vəziyyətə düşüb. Hadisə yerinə çox sayda təcili yardım qrupu göndərilib.