Yeni Azərbaycan Partiyası Bakı şəhəri üzrə rayon təşkilatlarının hesabat yığıncağına videoformatda start verəcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, hesabat yığıncağına gələn həftədən başlanılacaq.  Belə ki, ilk iclas 21 iyun tarixində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatında baş tutacaq. 

Nəzərinizə çatdıraq ki, YAP-ın VII qurultayında təsdiq edilmiş yeni nizamnaməyə əsasən  YAP-da vəzifəsi olan bir şəxsin ikinci vəzifəsi ola bilməz.

Qeyd edək ki, YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

Orxan Həsənli