Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Mahmut Sami İşlek 17 iyun 2021 – ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində olub.

Unikal.org xəbər verir ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa ilə görüşüb. Söhbət əsnasında  hər iki universitet arasında əlaqələrin daha da gücləndirilməsi məsələsi diqqətdə saxlanlıb.

Qeyd edilib ki, adıkeçən ali təhsil müəssisələri Avropa Birliyinin Erasmus+ proqramı və Türkiyə Respublikasının Mövlanə mübadilə proqramı çərçivəsində əməkdaşlıqdan səmərəli faydalanıblar. Görüş iştirakçıları fikir mübadiləsi zamanı Turizm ixtisası üzrə tərəfdaş universitetlər arasında reallaşması gözlənilən mümkün ikili diplom layihəsinin tezliklə həyata keçiriləcəyinə əminlik ifadə ediblər.