Olimpiya mükafatçısı Elmar Qasımov  eyvandan küçəyə "dollar" səpərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb.

Digər səhifələrdə də paylaşılan bu görüntüyə sosial şəbəkə istifadəçilərinin münasibəti birmənalı olmayıb. Hətta idmançımızı tənqid ediblər.  

Məsələ ilə bağlı Dünya çempionatının gümüş medalçısı, olimpiya mükafatçısı E.Qasımov Unikal.org-a açıqlama verib. O, həmin pulun gərçək olmadığını deyib:

"Bu pullar gərçək deyil. Mağazada 1 "paçka"sı 12 manata satılır. Bir dəfə də belə məsələ olmuşdu. Sosial şəbəkə vasitəsi ilə açıqlamışdım ki, saxtadır".

Aygün İlqarqızı