Gürcüstanda ötən sutkada koronavirusa 671 yeni yoluxma halı təsdiqlənib, 17 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 357 591 nəfər yoluxub, onların 5 131-i ölüb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 657 nəfər artaraq 343 377 olub.