Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.(apa.az)