Respublikada taxıl biçini davam edir. İyunun 17-nə olan operativ məlumata görə, artıq 315799 hektar sahədə biçin başa çatıb. Sahələrdən 971747 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Unikal.org xəbər verir ki, bugünədək 249943 ha sahədə arpa, 65856 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 768681 ton arpa, 203066 ton buğda yığılıb. Ağdam, Balakən, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonlarında arpa üzrə orta məhsuldarlıq 39 sentnerdən yuxarıdır.  

Biçin prosesində 1642 kombayn iştirak edir. Bunlardan 918 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 508 kombayn iştirak edir, “Aqroservis”  tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 216 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 117214 ha, özəl kombaynlar ilə isə 198585 ha sahə biçilib. 

Biçin davam edir.