Hindistanın məşhur aktyoru və ictimai xadimi Çandraşekhar vəfat edib.

Unikal.org-un verdiyi xəbərə görə, 98 yaşlı aktyor Mumbayda vəfat edib.

Qeyd edək ki, Çandraşekhar 1922-ci il iyunun 22-də Hindistanda anadan olub. O, aktyorluq karyerasının zirvəsinə 1950-60-cı illərdə yüksəlib.

Çandraşekhar 172 filmdə oynasa da 1982-ci ildə çəkildiyi “Disko rəqqası” filmindəki roluna görə daha çox fərqlənib.