Xəbər verdiymiz kimi, məhşur kino ulduzu Jan-Klod Van Dammın oğlu həmyerlimiz Suadə Hacızadə ilə ailə qurub.

Unikal.org xəbər verir ki, toy mərasimindən sonra  Van Damm azərbaycanlı gəlini Suadə Hacızadə ilə birlikdə  rəqs edib. 

Qeyd edək ki,  34 yaşlı Kris van Dammla nişanlanan Suadə  Hacızadə pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. O, eyni zamanda Prezident təqaüdçüsüdür, 7 Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. 21 yaşı var.