Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb.

Onun əvvəllər məhkum olunduğu bildirilir.