Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Uniikal.org xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.