Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasındakı görüş başa çatıb.

Unikal.org xəbər verir ki, Putin-Bayden danışıqlaırının birinci hissəsi prezidentlər və Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ Dövlət Departamentinin rəhbəri Entonu Blinkenin iştirakı ilə baş tutub.

“La Qranj” malikanəsində keçirilən görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam etdirilib.

Moskva vaxtı ilə saat 18:05-də isə Putin-Bayden danışıqları başa çatıb.

Görüşün yekunları ilə bağlı Rusiya və ABŞ prezidentləri ayrı-ayrılıqda mətbuat konfransı keçirməyi planlaşdırırlar.