Xəbər verdiyimiz kimi,  Baydenlə Putin Cenevrədə  görüş yerinə gəlib.

Unikal.org xəbər verir ki, Villa La Qranjda baş tuan görüşə ABŞ lideri  Co Bayden 12 dəqiqə  gecikib. 

Xatırladaq ki, prezidentlərin sammiti üçün təxminən beş saat vaxt nəzərdə tutulub. Ardınca mətbuat konfransı olacaq.

Kremlin mətbuat xidmətindən daha əvvəl bildirilib ki, liderlər ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini, strateji sabitlik, Qarabağ da daxil olmaqla beynəlxalq gündəmdəki aktual məsələləri, pandemiyaya qarşı mübarizə, regional münaqişələri müzakirə edəcəklər.
 

***13:27

Rusiya Prezidenti Vladimir Putin İsveçrəyə yola düşüb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Qeyd edək ki, Putinlə Bayden arasında Cenevrədə bu gün görüş baş tutacaq. Bayden hazırda Avropadadır. O bundan öncə Brüsseldəki NATO sammitində iştirak edib.