Koronavirusun episentri Hindistanda ortaya çıxan qara göbələk (mukormikoz) xəstəliyinin sayı günü-gündən artır. 

Unikal.org xəbər verir ki, ölkənin Jarkand əyalətində qısa müddətdə qara göbələk (mukormikoz) xəstəlik sayının artması səbəbindən "epidemiya" elan edilib.  Belə ki, əyalətdə təxminən 130 nəfərdə  qara göbələk infeksiyasın rast  gəlinib. 

Qeyd edək ki,  infeksiya ən çox burun, göz və beyinə təsir edir. Həkimlər virusun qarşısını  almaq üçün insanların  gözlərini  belə  çıxardırlar.  İndiyənədək ölkədə  200-dən çox insan qara göbələkdən dünyasını  dəyişib.