Bu gün AVRO-2020-nin qrup mərhələsində II tura start veriləcək.

Unikal.org-un məlumatına görə, çempionatın 6-cı oyun günündə 3 matç keçiriləcək.

Tur B qrupunda başlayacaq. Gözlənilmədən Danimarkanı məğlub edən Finlandiya çempionata uğursuz başlayan Rusiya ilə üz-üzə gələcək.

Digər iki matç A qrupunda keçiriləcək. Bakı Olimpiya Stadionunda ikinci matçı qəbul edəcək. Bu dəfə qardaş Türkiyə yığması Uelsi sınağa çəkəcək. İlk turda hər iki komanda xal itirdiyindən işini çətinə salmamaq üçün qalib gəlməlidir.

Günə Romada yekun vurulacaq. İsveçrə ilə qarşılaşacaq İtaliya 1/8 finala ilk vəsiqənin sahibi ola bilər. Bunun üçün appeninlilərə qələbə qazanmaq kifayətdir. 

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

AVRO-2020
Qrup mərhələsi
II tur, 16 iyun

B qrupu
17:00. Finlandiya - Rusiya
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

A qrupu
20:00. Türkiyə - Uels
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

23:00. İtaliya – İsveçrə
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu