Ermənistanda son sutka ərzində daha 99 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 904 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 1 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4490-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1094 nəfərdir.

Aktiv xəstələrin sayı 2787 nəfər təşkil edir.