AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub.

Unikal.org xəbər verkir ki,  turun son matçı F qrupunda keçirilib. Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

“Ölüm qrupu”nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb. Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

AVRO-2020
I tur, 15 iyun
F qrupu
23:00. Fransa – Almaniya – 1:0
Qol: 
Mats Hummers, 20 (avtoqol)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Münhen. “Allyans Arena”

1

Portuqaliya

1

1

0

0

3-0

3

2

Fransa

1

1

0

0

1-0

3

3

Almaniya

1

0

0

1

0-1

0

4

Macarıstan

1

0

0

1

0-3

0

***00:27

Bu gün Almaniyanın Münhen şəhərində Avro-2020-nin F qrupunda Fransa - Almaniya matçı start götürüb.

Unikal.org  xəbər verir ki, turnirin ən çox maraqla gözlənilən qarşılaşması Münhen Futbol Arenasında keçirilir.

Bu matçla həm də Avro-2020-də qrup mərhələsinin ilk turuna yekun vurulacaq.