Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında görüş başlayıb.

Unikal.org  xəbər verir ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir. Görüşdə bir sıra aktual mövzular müzakirə olunacaq.

Ərdoğanın Baydenlə görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.