Koronavirus infeksiyası ilə əlaqədar Milli Məclisin deputatları bu gün və sabah mərhələli şəkildə tibbi test yoxlanışından keçəcəklər.

Unikal.org-un məlumatına görə, bu, Milli Məclisin iyunun 16-da keçiriləcək iclası ilə bağlıdır.

Belə ki, Azərbaycanda səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin iyunun 16-da keçiriləcək iclasına qatılacaq və çıxış edəcək.