Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq.

Unikal.org  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.

Nazir bildirib ki, 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb.

"Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - E.Əmrullayev qeyd edib.

***10:07

Təhsil naziri Emin Əmrullayev bu gün Goranboy rayonunda keçiriləcək “Son zəng” tədbirində iştirak edəcək.

Unikal.org xəbər verir ki, E.Əmrullayev müharibə müddətində ən çox zərər çəkən məktəblərdən biri olan rayonun Tap Qaraqoyunlu kənd məktəbində keçiriləcək “Son zəng” tədbirinə qatılacaq.