Ermənistanın Sünik bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib.

Unikal.org  Virtual.org-a istinadən xəbər verir ki, hadisə iyunun 12-də baş verib.

Məlumata görə, dünən əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.

“Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də, Rusiya sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin, traktorlar geri qaytarılıb”,- xəbərdə qeyd olunur.