Rusiyada son sutka ərzində koronavirusa 14 723 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 208 687 nəfərə çatıb.

Rusiyada son bir gündə 357 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 430 nəfərdir. İndiyədək 4 801 335 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.