Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib.

Unikal.org xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.