Bakıda qəribə oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə  jurnalist Ləman Əliəşrəfqızı Feysbuk sosial şəbəkəsində paylaşım edib. Jurnalist oğurluq edib qaçan şəxsin müşahidə kamerasına düşdüyünü də bildirib. O, belə bi hadisənin qonşusu Elmira adlı yaşlı qadının başına gəldiyini yazıb:

"Oğurluq edən şəxs Elmira nənənin bankomatdan pul çəkdiyini görüb. Yaxınlaşıb ona, əlindəki zənbilə kömək etmək təklifini edib. Elmira nənə də kimsəsiz qadındır, övladı yoxdur, tək yaşayır, bəlkə də həm də bu səbəbdən onunla evə qədər birlikdə gəlib. Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O mətbəxdə bu işləri görəndə, "igid" də Elmira nənənin əl çantasında səliqə-səhman işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan".

***

Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır