AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına akkreditə olunmuş şəxslər iyulun 5-nə qədər paytaxtda müntəzəm marşrut xəttlərindən pulsuz istifadə edəcəklər.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.