Böyük Britaniyada  “meymun çiçəyi” virusu aşkar olunub.

Unikal.org xəbər verir ki, bu barədə  məlumatı İngiltərə Səhiyyə Naziri Matt Hankok təsdiq edib.  Nazirin sözlərinə görə,  koronavirus  pandemiyasından da təhlükəli olan “meymun çiçəyi” iki  nəfərdə  tapılıb. 

Dəri üzərində su çiçəyi kimi qabarcıqlara səbəb olan ölümcül virusun meymunlar, siçovullar, dələ və digər kiçik məməlilər tərəfindən yayıldığı bildirilib. Nazir həmçinin də,virusun ilk daşıyıcısının xaricdən gəldiyini qeyd edərək,  virusun ilkin mənbəsini mərkəzi və qərbi Afrika ölkələrinin ucqar bölgələrində, tropik meşələrində olduğunu söyləyib. 

Qeyd edək ki, “meymun çiçəyi” virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır. Nazir insanlara yeni virusdan qorunması barədə xəbərdarlıq edib.