Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Unikal.org xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.