AVRO-2020-nin ən güclü və zəif komandaları bəlli olub.

Unikal.org məlumatına görə, iştirakçıların son FİFA reytinqindəki mövqelərinə əsasən 24 komandanın sıralaması bəllidir.

Bu cədvələ reytinqin birincisi olan Belçika başçılıq edir. Fransa ikinci, İngiltərə üçüncüdür.

Çempionatın ən zəifi FİFA reytinqinin 62-cisidir. Ən zəif reytinqə malik milli Şimali Makedoniya yığmasıdır.

FİFA-nın son cədvəlində 29-cu olan qardaş Türkiyə millisi bu göstəriciyə görə AVRO-2020-nin 17-ci komandasıdır.

AVRO-2020-nin iştirakçılarının FİFA reytinqindəki mövqeyi
1. Belçika – 1 
2. Fransa - 2
3. İngiltərə - 4
4. Portuqaliya - 5
5. İspaniya - 6
6. İtaliya - 7
7. Danimarka - 10
8. Almaniya - 12
9. İsveçrə - 13
10. Xorvatiya - 14
11. Niderland - 16
12. Uels - 17
13. İsveç - 18
14. Polşa - 21
15. Avstriya - 23
16. Ukrayna - 24
17. Türkiyə - 29
18. Slovakiya - 36
19. Macarıstan - 37
20. Rusiya - 38
21. Çexiya - 40
22. Şotlandiya - 44
23. Finlandiya - 54
24. Şimali Makedoniya – 62