Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən A. K.-nın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. K.-ya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şəkir rayonunda keçirdiyi əməliyyat zamanı sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilmişdi.

13:02

Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri aşkar edilib.

Unikal.org-un məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

Rayon Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.