Rusiyada son sutka ərzində koronavirusa 12 505 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 180 454 nəfərə çatıb.

Rusiyada son bir gündə 396 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 125 674 nəfərdir. İndiyədək 4 782 183 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.