Millət vəkili Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində seçiciləri üçün səyyar qəbullar keçirir. 

Unikal.org xəbər verir ki, iyunun 10-da deputat İsmayıllı rayonuna növbəti səfərini edib. Millət vəkili rayonun Gideyli, Kürdeldarbəyli, Hacıhətəmli və Molla isaqlı kəndlərində seçiciləri ilə görüşüb. Qəbullar pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Qəbulda iştirak edən sakinlər məşğulluqla və təhsililə bağlı məsələlərlə yanaşı fərdi məsələlərlə də bağlı deputata müraciətlər ediblər. Bəzi məsələlər operativ olaraq həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.