Pakistanın cənub-qərbində zəvvarları daşıyan avtobus magistral yolda aşıb. 

Unikal.org xəbər verir ki,  hadisə nəticəsində 19 nəfər  ölüb, 50  nəfər ağır yaralanıb. Qəza yerinə çox sayda xilasedicilər cəlb olunub. 

Hadisənin zəvvarların ziyarətdən qayıdarkən baş verdiyi bildirilir. Araşdırma aparılır.