Bakının Qaradağ rayonunda, kənar dairəvi yolda (Lökbatan dairəsi istiqamətində) ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

İlkin məlumata görə iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb. Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.