Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki,hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlunun idarə etdiyi minik maşını idarəetmənin itməsi nəticəsində yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)