Müğənni Mənzurə Musayeva "Xəbər-ətər" proqramına qonaq olub. 

Unikal.org xəbər verir ki, o, proqramda aparıcının Manaf Ağayevlə duet oxumaq istəyib, istəmədiyi haqda suala əsəbiləşib.

"Heç Manafla duet oxumaram. Manaf nəyimə lazımdır. Manafla tanınmamışam ki?! Oxusam 20 il əvvəl oxuyardım. Onu çox istəyirəm, özü də bilir. Bir dəfə mənə 5 min lazım idi, istədim vermədi. Kimsə istəsə, bəlkə verər, amma mənə yox".

Mənzurə bildirib ki, heç vaxt həmkarı ilə birlikdə oxumağı düşünmür.